Təhsil naziri distant təhsilə keçən məktəblərin sayı açıqladı

Təhsil naziri distant təhsilə keçən məktəblərin sayı açıqladı

Təhsil naziri distant təhsilə keçən məktəblərin sayı açıqladı

“Məktəbdə bir neçə müəllim arasında yoluxma olanda, onları dərs keçdiyi siniflər təhlil olunur”.

Polemika.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, qaydalara əsasən xəstələrlə ünsiyyətdə olan şəxlər də müvəqqəti karantində qalırlar.

 “Buna görə də, müxtəlif siniflər və məktəblərdə distant təhsilə keçid olacaq. Tədris ilinin əvvəlindən təxminən 50-yə yaxın məktəbdə belə hal müşahidə olunub. Ümumilikdə Azərbaycanda 4450-yə yaxın məktəbin olmasını nəzərə alsaq, 50-yə yaxın məktəb kifayət qədər kiçik rəqəmdir”.

Qeyd edək ki, nazir bu halın böyük şəhərlərdə qeydə alındığını bildirib.

Nəzrin Vahid

 

Təhsil naziri distant təhsilə keçən məktəblərin sayı açıqladı