Türkiyə yaşayan azərbaycanlılar: "Aldığımız maaş əriyir"

Türkiyə yaşayan azərbaycanlılar: "Aldığımız maaş əriyir"

Türkiyə yaşayan azərbaycanlılar: "Aldığımız maaş əriyir"

Türkiyədə ABŞ dolları atlı olub, lirə piyada. Artıq məzənnə 1$=17TL-dir. Əhalinin dolanışığına ciddi təsir edən mövcud kurs Türkiyədə yaşayan Azərbaycan əsilli vətəndaşlardan yan keçməyib. 

Polemika.az bu mövzuda mini sorğu keçirib.

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şeyda Nəsibli:

“Hamı kimi bizim də aldığımız maaş əriyir. Dünən südün litrini 5 lirəyə alırdım, bu gün 10 lirə ödedim. Marketlərdə çox bahalıdır. Mətbəx xərclərimizdən hələ ki qısmasaq da, geyim və s.-də qənaət edirik, buna məcburuq. 

İnflyasiyadan əvvəl bir az “arxaya” pul atırdıq, indi onu edə bilmirik. Oğluma özəl riyaziyyat müəllimi tutmuşdum, pulu ödəməkdə çətinlik çəkirəm. 

Səhhətimə görə neçə ildir hər həftə evə xadimə gəlirdi, bu il ancaq 2-3 ayda bir gelə bilir. Oğluma ingilis dili dili müəllimi tutmalıyam, tuta bilmirəm. Allaha şükür çörəyi az alırıq. Çörək, un çox bahalanıb. 

Keçən il aldığım tomat, bal, ədviyyat, zeytun yağını hələ ki istifadə edirəm. Bitəndə neçəyə alacağımı düşünürəm. Yenə də vəziyytimiz çox da pis deyil, şikayətçi deyiləm. Vay minimum maaşla yaşayanların halına!

Türkiyədə lirə öldü sadəcə. Hər gün bir az da ölür. Aldığımız pulun heç bir dəyəri yoxdur”.

Türkiyədə yaşayan digər Azərbaycan əsilli jurnalist İlhamə Qasımlı:

“Məzənnə atlı olub, biz piyada. Qiymətlər kosmik sürətlə artır. Əvvəl aylıq ət tələbatımızı kənd qəssabı (6-7 kilo) hesabına ödəyirdik. Amma artıq bu cür bazarlıq etmirik. Nə yalan söyləyim, aylıq yemək menyumuzda qırmızı ətin yeri xeyli azalıb. 

Hələ bizim ailə orta təminat səviyyəsindədir - ailəyə minimum əmək haqqının yuxarı sabit maaş gələr ki, bu da Türkiyədə sosial təminatın əsas faktorlarındandır.

Kənarda əyləncəyə xərclərimizi də çox azaltmışıq.

Keçən həftə kolosu 70 lirədən başlayan quzu-dana ətinin qiyməti bu həftə 85 TL-yə qalxıb. Ona görə də, əti ehtiyac olduğunda bir yeməklik miqdarda alıram.

Durum çox vahiməlidir. Hətta 2 çörəyi belə kredit kartı ilə, dolayısı ilə banka borclanarak alanlar var.

“Vahiməli” dedim, bu mənə belə görünür. Amma nəhəng Türkiyə belə şeyləri çox görüb. Hər böhrandan güclü Türkiyə kimi çıxmağı bacarıb. Digər tərəfdən, budəfəki böhra sadəcə Türkiyə ilə bağlı deyil. Pandemiyadan sonra bütün dünyada inflyasiya ən yüksək həddə çatıb”.

Ayzel

Türkiyə yaşayan azərbaycanlılar: "Aldığımız maaş əriyir"