“Toy məclisinin dini mərasim kimi keçirilməsi yolverilməzdir”

“Toy məclisinin dini mərasim kimi keçirilməsi yolverilməzdir”

“Toy məclisinin dini mərasim kimi keçirilməsi yolverilməzdir”

Oktyabrın 24-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində dini bayraqlarla toy karvanı təşkil edən şəxslər saxlanılıb. Həmin görüntülər sosial şəbəkələrdə gündəm olub.

Maraqlıdır, toy məclislərində, karvanlarda dini bayraqlar qaldırmaq, şüarlar səsləndirmək nə qədər düzgündür? Toy məclisini dini mərasim kimi təşkil etmək qəbulolunandırmı? 

Mövzu ilə bağlı “Polemika.az”a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, İslamda dini bayraq anlayışı yoxdur.

“Bayrağın dini və ya hansısa peyğəmbər bayrağı anlayışı islamda yer almır. Bu gün insanlar toy etdikləri zaman istəyirlər ki, özlərini ən gözəl şəkildə təqdim etsinlər. Şənlənmək başqasına zərər verə biləcək formada yox, tam əksinə hər kəsin hörmətlə yaşanacağı tərzdə olmalıdır. 

Amma ötən gün baş verən hadisədəki kimi, bəzi şüarların səsləndirilməsi, müəyyən bayraqların hansısa mənada daşınması təbii ki, yolverilməzdir.”

E.Miri qeyd edib ki, insanlar pandemiya dövründə olduğumuz üçün COVİD-19 pasportu və digər tədbirlərə də riayət etməlidir ki, başqalarını bu xəstəliyi yoluxdurmasınlar.  

“Əks halda başqalarının haqqına girmiş oluruq. Təbii ki, haqqa girmək də islamda böyük günahlardan birdir”.

Ayzel

“Toy məclisinin dini mərasim kimi keçirilməsi yolverilməzdir”