Şəkidə DƏHŞƏT: Sürücü belə xilas edildi - Video

Şəkidə DƏHŞƏT: Sürücü belə xilas edildi

Şəkidə DƏHŞƏT: Sürücü belə xilas edildi - Video

Şəkidə gecə saatlarında “Jiquli” ağaca çırpılıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Polemika.az-a verilən məlumata görə, rayonun Qırxbulaq kəndi ərazisində VAZ markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

Ümumiyyətlə dünən nazirlik əməkdaşları tərəfindən 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Həmçinin, Bakı şəhərinin Suraxanı rayonunda 1941-ci il təvəllüdlü Nuriyeva İqlimə Feyzulla qızının və Gəncə şəhərinin Nizami rayonunda 1969-cu il təvəllüdlü Əliyev Ceyhun İsmayıl oğlunun meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Şəkidə DƏHŞƏT: Sürücü belə xilas edildi - Video