“Şuşa Bəyannaməsininin təsdiqi böyük tarixi hadisədir” - Fazil Mustafa

“Şuşa Bəyannaməsininin təsdiqi böyük tarixi hadisədir” - Fazil Mustafa

“Şuşa Bəyannaməsininin təsdiqi böyük tarixi hadisədir” - Fazil Mustafa

"Fevralın 1-də Azərbaycan Milli Məclisi Şuşa bəyannaməsini qanuniləşdirmişdi. Fevralın 3-də Türkiyə Böyük Millət Məclisi də Şuşa Bəyannaməsini qəbul etdi. Artıq rəsmən müttəfiqik".

Polemika.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Türkiyə Böyük Millət Məclisində Şuşa Bəyannaməsinin qəbul olunmasından sonra deyib.

Deputat xatırladıb ki, Türkiyəyə hücum Azərbaycana, Azərbaycana hücum Türkiyəyə hücum deməkdir:

"Bu halda bir-birimizin yardımına qoşmaq üçün heç bir hüquqi əngəl qalmadı. Bu böyük tarixi hadisədir. Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun gününü bu müttəfiqliyin şərəfinə həm Azərbaycanda, həm də Türkiyədə rəsmi bayram günü olaraq qutlamağı təklif edirəm. Bizdə bu tarix Qurtuluş günü kimi rəsmi bayram olaraq qeyd olunur. Həm də Müttəfiqlik və ya Qardaşlıq günü kimi də qeyd edə bilərik. Müttəfiqliyimiz qardaşlığımız kimi əbədidir. Xeyirli olsun!".

“Şuşa Bəyannaməsininin təsdiqi böyük tarixi hadisədir” - Fazil Mustafa