Suraxanıda məhəllədaxili yollar asfaltlanır - Fotolar

Suraxanıda məhəllədaxili yollar asfaltlanır

Suraxanıda məhəllədaxili yollar asfaltlanır - Fotolar

Suraxanı rayonunda vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə qəsəbələrarası və məhəllədaxili küçələrdə təmir-tikinti işləri həyata keçirilərək uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması davam etdirilir.

Polemika.az xəbər verir ki, hazırda Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, döngə 2 ünvanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3120 kv.m asfalt örtüyü salınır.

Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.

Suraxanıda məhəllədaxili yollar asfaltlanır - Fotolar