Suraxanıda ev yandı: Xəsarət alan var

Suraxanıda ev yandı: Xəsarət alan var

Suraxanıda ev yandı: Xəsarət alan var

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 238 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 198 m² sahədə yanıb. 

FHN-dən Polemika.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 135 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 1 m² sahədə qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hər iki evin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Suraxanıda ev yandı: Xəsarət alan var