Sinif yoldaşlarını təhdid edən şagird psixoloji dəstək alır

Sinif yoldaşlarını təhdid edən şagird psixoloji dəstək alır

Sinif yoldaşlarını təhdid edən şagird psixoloji dəstək alır

"Suraxanı rayonu 282 nömrəli məktəbdə özünü aqressiv aparan şagird psixoloq dəstəyi alır və tədrisinə davam edir".

Polemika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, başqa məktəbdə də belə hallar müşahidə olunub: "Şagirdlərin müəyyən məhdudiyyətləri varsa, bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində addımlar atmalıyıq. Cəmiyyət belə insanlara qarşı həssas olmalıdır. Əlbəttə ki, həmin şagirdin psixologiyasında problem var. Amma onun üzərinə gedib, ittiham etməyimiz düzgün deyil. Valideynlər bu məsələyə görə şikayət edirlər. Biz cəmiyyət olaraq onlara dəstək olmalı, inkişafları istiqamətində əlimizdən gələni etməliyik".

Sinif yoldaşlarını təhdid edən şagird psixoloji dəstək alır