Sınaq imtahanında iştirak etmək üçün bu qədər abituriyent qeydiyyatdan keçib

Sınaq imtahanında iştirak etmək üçün bu qədər abituriyent qeydiyyatdan keçib

Sınaq imtahanında iştirak etmək üçün bu qədər abituriyent qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 13-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçiriləcək sınaq imtahanında iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3212 abituriyent qeydiyyatdan keçib.

DİM-dən Polemika.az-a bildirilib ki, imtahanların idarə edilməsi üçün 39 imtahan rəhbəri, 312 nəzarətçi-müəllim, 18 ümumi imtahan rəhbəri ayrılıb.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı fevralın 13-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 18 binada təşkil olunacaq.

Qeyd edək ki, sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. İmtahanın müddəti 3 saatdır.

Nəzrin Vahid

Sınaq imtahanında iştirak etmək üçün bu qədər abituriyent qeydiyyatdan keçib