Şeyxin bu səlahiyyəti əlindən alındı - Rəsmi

Şeyxin bu səlahiyyəti əlindən alındı

Şeyxin bu səlahiyyəti əlindən alındı - Rəsmi

Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınıb.

Polemika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Şeyxin bu səlahiyyəti əlindən alındı - Rəsmi