Senat Nazarbayevlə bağlı dəyişiklikləri təsdiqlədi

Senat Nazarbayevlə bağlı dəyişiklikləri təsdiqlədi

Senat Nazarbayevlə bağlı dəyişiklikləri təsdiqlədi

Qazaxıstan Parlamenti yuxarı palatası - Senat Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına (QXA) və Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini ləğv edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.

Polemika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə qərar palatanın saytında dərc olunub.

Daha əvvəl, yanvarın 19-da parlamentin aşğı palatası bu dəyişiklikləri təsdiqləyib.

Bundan başqa, parlamentdə Nazarbayevin Konstitusiya Şurasının üzvü olmaq, habelə hökumətdə və parlamentdə çıxış etmək hüququnu özündə saxlayan konstitusiya qanunlarına əlavə və dəyişikliklər müzakirə olunur.

Senat Nazarbayevlə bağlı dəyişiklikləri təsdiqlədi