Salyanda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

Salyanda yaşayış binasında yanğın:

Salyanda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

Salyanda yaşayış binasında yanğın olub.

Polemika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və mebel 0,5 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyanda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi