Sabahın havası: Yağış yağacaq, külək əsəcək

Sabahın havası: Yağış yağacaq, külək əsəcək

Sabahın havası: Yağış yağacaq, külək əsəcək

Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinindən "Yeni Sabah"a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. 

Mülayim cənub-şərq küləyi əsəcək.   

Havanın temperaturu gecə 6-10° isti, gündüz  11-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi  769 mm civə sütunundan 761 mm civə sütununa enəcək. 

Nisbi rütubət 65-75 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 19-da Abşeron  yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman müşahidə ediləcək.  

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Sabahın havası: Yağış yağacaq, külək əsəcək