Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

Qazıməmməd-Qazax yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər başa çatana qədər İsmayıllı rayonunun tam (İsmayıllı şəhəri və rayonunun 28 kəndi), Ağsu rayonunun 5 kəndinin, Göyçay rayonunun isə 7 kəndinin təbii qaz təchizatında fasilə yaranacaq.

Polemika.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Qurum müvəqqəti narahatlığa görə abunəçilərdən üzr istəyib.

Sabah bu rayonlarda qaz olmayacaq