Rusiyaya qoyulan sanksiyalar Azərbaycana necə təsir edəcək? - “Niva”, “Lada” sevənlərə pis xəbər

Rusiyaya qoyulan sanksiyalar Azərbaycana necə təsir edəcək? - “Niva”, “Lada” sevənlərə pis xəbər

Rusiyaya qoyulan sanksiyalar Azərbaycana necə təsir edəcək? - “Niva”, “Lada” sevənlərə pis xəbər

Rusiya-Ukrayna müharibəsi davam edir. Rusiyanın Ukraynaya hücumu səbəbindən müxtəlif ölkələr Rusiyaya sanksiyalar tətbiq edirlər. Bu sanksiyaların Azərbaycana xüsusi bir təsiri olacaqmı?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban məsələ ilə bağlı Polemika.az-a açıqlamasında sanksiyaların Azərbaycana birbaşa təsiri olmayacağını bildirib: “Sanksiyalar Rusiyaya tətbiq edilir. Azərbaycana birbaşa təsiri yoxdur. Dolayısı yolla idxal və ixracla bağlı maddələr olsa, hansı sahələr üzrə ola bilər?

Rusiyanın maşınqayırma sənayesinin məhsullarının ixracına sanksiyalar tətbiq olunsa, Azərbaycanlılar öyrəşdiyi “Niva”, “Lada” maşınlarını ala bilməyəcəklər.

Hazırda qərbin avtomobil sənayesi şirkətləri bir-birinin ardınca Rusiyada istehsalı dayandırdılar. Hətta gömrükdən keçirilmiş avtomobillərin Rusiyaya geri qaytarılması ilə bağlı qərar da qəbul etdilər. Bu kimi məsələlər ola bilər.

Biz bu sanksiyaları 2012-ci ildə İrana qarşı tətbiq edilən zaman da görmüşük. Vaxtilə İrandan kimya sənayesi məhsulları alırdıq. Sanksiyalardan sonra o məhsulların idxalı, nə də Azərbaycandan keçərək üçüncü ölkələrə daşınması baş vermədi. Sanskiyaların bu cür təsirləri olur, Azərbaycana birbaşa təsiri yoxdur”.

Mehri QURBAN 

Rusiyaya qoyulan sanksiyalar Azərbaycana necə təsir edəcək? - “Niva”, “Lada” sevənlərə pis xəbər