"Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik" -Türkiyə XİN

"Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik"

"Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik" -Türkiyə XİN

Türkiyə Rusiyanın qondarma "Donetsk və Luqansk Xalq Respublikaları"nın müstəqilliyinin tanınması qərarını pisləyir.

Polemika.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi tvitter hesabında paylaşım edilib.

“Rusiya Federasiyasının qondarma “Donetsk və Luqansk Respublikaları”nı tanıması qərarı Minsk anlaşmalarına qarşı olduğu üçün Ukraynanın siyasi birliyinin, ərazi bütövlüyünün açıq şəkildə pozulması anlamına gəlir. Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik.

Ukraynanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına bağlılığımızı bildirir, bütün tərəfləri beynəlxalq hüquqlara riayət etməyə çağırırıq” -  deyə rəsmi Ankara mövqeyini ifadə edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını açıqlayıb.

"Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik" -Türkiyə XİN