Rusiyadan ABŞ-a sanksiya: "Qoy süpürgələrində kosmosa uçsunlar"

Rusiyadan ABŞ-a sanksiya: "Qoy süpürgələrində kosmosa uçsunlar"

Rusiyadan ABŞ-a sanksiya: "Qoy süpürgələrində kosmosa uçsunlar"

Rusiya ABŞ-a raket mühərriklərinin tədarükünü dayandırıb.

Polemika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu “Roskosmos”un rəhbəri Dmitri Roqozin bildirib.

Dövlət korporasiyası prezidentinin sözlərinə görə, Rusiya ABŞ-da qalan 24 RD-180 mühərrikinə bundan sonra xidmət göstərməyəcək, RD-181-in  tədarükünü isə dayandıracaq.

Roqozin bildirib: "Qoy süpürgələrində kosmosa uçsunlar".

O, həmçinin qeyd edib ki, Rusiya Beynəlxalq Kosmik Stansiyasının (BKS) Rusiya seqmentində birgə təcrübələr üzrə Almaniya ilə əməkdaşlığı dayandıracaq və onları müstəqil həyata keçirəcək.

Roqozin əlavə edib ki, sanksiyalar fonunda Rusiyanın kosmik proqramı korrektə olunacaq və müdafiə üçün peyklərin yaradılması prioritetə çevriləcək.

Bundan əvvəl bildirilmişdi ki, sanksiyalara görə Roskosmos rusiyalı mütəxəssisləri Kuru kosmodromundan çıxarıb. Bu gün sonuncu işçi qrupu Moskvaya gəlib.

Rusiyadan ABŞ-a sanksiya: "Qoy süpürgələrində kosmosa uçsunlar"