Rusiya Ukrayna ilə istənilən formatda danışıqlara hazırdı - XİN

Rusiya Ukrayna ilə istənilən formatda danışıqlara hazırdı - XİN

Rusiya Ukrayna ilə istənilən formatda danışıqlara hazırdı - XİN

“Rusiya Ukrayna üzrə istənilən dialoq formatına hazırdır”.

Polemika.az xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson bildirib.

"Bu günə qədər Belarus Respublikasında Rusiya-Ukrayna məsləhətləşmələrinin bir neçə raundu keçirilib, danışıqlar prosesi davam edir. Biz ilkin olaraq istənilən ünsiyyət formatına hazır olduğumuzu bəyan etmişik, təbi ki, əgər onlar faydalı və dinc danışıqlara imkan yaradırsa”.

Yuri Pilipson bildirib ki, Rusiya danışıqlarda milli təhlükəsizlik maraqlarını, prezident Vladimir Putin tərəfindən səsləndirilən prinsipləri qeyd-şərtsiz nəzərə alır.

Bazar ertəsi Rusiya və Ukrayna danışıqların növbəti raunduna bu dəfə videokonfrans şəklində başlayıb.

Rusiya Ukrayna ilə istənilən formatda danışıqlara hazırdı - XİN