Rusiya MN xəritədə Kəlbəcərlə Basarkeçər arasındakı “patrul marşrutu”nu sildi... - Foto

Rusiya MN xəritədə Kəlbəcərlə Basarkeçər arasındakı “patrul marşrutu”nu sildi... - Foto

Rusiya MN xəritədə Kəlbəcərlə Basarkeçər arasındakı “patrul marşrutu”nu sildi... - Foto

Xəbər verdiyimiz kimi, dekabrın 24-də axşam saatlarından son bir ildən çox müddətdə ilk dəfə olaraq Rusiyanın rəsmən sülhməramlı sayılan qüvvələrinin xəritəsində 10 noyabr bəyanatında razılaşdırılımış ərazidən tamamilə kənarda Azərbaycanın Kəlbəcər rayonu və Ermənistanın Basarkeçər (Vardenis) ərazisində yeni patrul xidmətinin marşrutu qeyd olunub.

Moderator.az əməkdaşı həmin faktı bu gün – dekabrın 25-i səhər saatlarında Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunmuş eyni tarixli xəritəsində müəyyən edib.    

Xəritədən  məlum olurdu ki, Rusiya hərbçilərinin partul xidməti təxminən Kəlbəcər rayonunun Susuzluq kəndi(orada 4 iyunda 2 jurnalist və 1 məmurumuz minaya düşərək həlak olublar) ərazisindən başlanırdı. Hinaldağ(3367) istiqamətində Təkəqaya kəndi yaxınlığından keçən marşrut sonra yenidən cənub-qərb istiqamətinə yönəlir və təxminən Aşağı Ayrum kəndi yaxınlığından Ermənistanın Basarkeçər ərazisinə - Zərgərkəndə qədər keçirdi. Həmin ərazidən xeyli şimaılda Vardenis şəhəri yaxınlığında yeni bir patrul məntəqəsi də qeyd olunmuşdu...

Saat 11:20-də bu barədə məlumat sayta qoyuldu. Az öncə Müdafiə Nazirliyi mətbuat xidmətindən redaksiyamıza məlumat verildi ki, sözügedən xəritədə Kəlbəcər rayonu ərazisində Rusiya hərbçilərinin qeyd edilən marşrut xətti yoxdur. Beləliklə, məlum oldu ki, Rusiya Müdafiə Nazirliyi əməkdaşları yanlışlıqlarını anlayaraq Moderator.az-da gedən məlumatdan sonra bəhs edilən marşrut xəttini xəritədən siliblər... 

Rusiya MN xəritədə Kəlbəcərlə Basarkeçər arasındakı “patrul marşrutu”nu sildi... - Foto