"Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannamə imzalanacaq" - Kreml

"Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannamə imzalanacaq" - Kreml

"Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannamə imzalanacaq" - Kreml

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev fevralın 22-də Dağlıq Qarabağ üzrə sazişlərin icrasını müzakirə edəcəklər.

Polemika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin Rusiyada rəsmi səfərdə olacaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Görüşdə siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı bütün məsələlərin müzakirəsi planlaşdırılır".

Bundan başqa, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağa dair 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

“Danışıqların yekunlarına əsasən, Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə imzalanacaq”, - deyə məlumatda əlavə edilib.

"Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannamə imzalanacaq" - Kreml