Rusiya Baş naziri: ""Hökumət sanksiyalara hazırdır"

Rusiya Baş naziri: ""Hökumət sanksiyalara hazırdır"

Rusiya Baş naziri: ""Hökumət sanksiyalara hazırdır"

"Hökumət sanksiyalara hazırdır və tezliklə iqtisadi yardım proqramını təqdim edəcək".

Polemika.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib.

“Biz hazırıq, iqtisadiyyat və insanlar üçün nəticələri minimuma endirmək üçün bir sıra qərarlar qəbul etdik. Biz iqtisadiyyatı dəstəkləməyə hazırıq”, - deyə Mixail Mişustin Rusiya hökumətinin rəhbəri öz "Telegram" səhifəsindəki videomüraciətində bildirib.

Onun sözlərinə görə, bütün dəyişikliklərə operativ reaksiya vermək, aktiv, operativ, fasiləsiz fəaliyyət göstərmək, bütün lazımi planları yerinə yetirmək vacibdir.

“Baş nazir müavinlərinin öz vəzifələri çərçivəsində nəzarət etdikləri bütün sahələrdə vəziyyətə real vaxt rejimində nəzarət edilməlidir. Hökumətin aparatları, nazirlik və idarələr, regionlardakı ərazi bölmələri də bu templə işləyəcək”, - deyə Mişustin yekunlaşdırıb.

Rusiya Baş naziri: ""Hökumət sanksiyalara hazırdır"