Rus pişiklərinə də sanksiya qoyuldu

Rus pişiklərinə də sanksiya qoyuldu

Rus pişiklərinə də sanksiya qoyuldu

Beynəlxalq Pişiklər Federasiyası (FIFe) rus pişiklərinin xaricdə keçirilən FIFe şoularında iştirakına müvəqqəti qadağa qoyub.

Polemika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə federasiyanın Rusiya nümayəndəliyindən bildiriblər: “FIFe rus pişik sahiblərinə mayın 31-dək xaricdə beynəlxalq FIF şoularında iştirakını qadağan edib. Rusiyada bu mümkündür”.

Agentlik təmsilçisinin sözlərinə görə, Rusiyada yetişdirilən və xarici vətəndaşlar tərəfindən alınan saf cins pişiklər FIFe-nin damazlıq kitablarında qeydiyyata alına bilməz:

"Bu, çox kritik deyil, amma utancvericidir, çünki FIFe həmişə özünü apolitik bir təşkilat kimi göstərib".

FİF-in saytında verilən məlumata görə, müəyyən edilmiş limitlərə "zəruri hallarda yenidən baxılacaq".

Rus pişiklərinə də sanksiya qoyuldu