Ramiz Mehdiyevin köməkçisi niyə həbs olunub? - Səbəb açıqlandı

Ramiz Mehdiyevin köməkçisi niyə həbs olunub?

Ramiz Mehdiyevin köməkçisi niyə həbs olunub? - Səbəb açıqlandı

AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov bu gün azadlığa çıxıb.

“Qafqazinfo” E.Əmirovun həbsinin təfərrüatları ilə bağlı məlumatı əldə edib.

Belə ki, həbsindən öncə E.Əmirovun sərnişin kimi əyləşdiyi avtomobil Bakının Yasamal rayonunda hərəkətdə olarkən digər avtomobillə toqquşub. Daha sonra o, digər maşında olan şəxslərlə mübahisə edib, sonra onları təhqir etməyə başlayıb. Məlum olub ki, E.Əmirov hadisə yerinə gələn polisin qanuni əmrinə tabesizlik göstərib. Ona görə də onun barəsində fevralın 15-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs qərarı verilib. E.Əmirov barəsində seçilmiş həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.

Məlumatı DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya təsdiq edib.

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə də onun köməkçisi olub.

Ramiz Mehdiyevin köməkçisi niyə həbs olunub? - Səbəb açıqlandı