Ramil Səfərov barəsindəki iddialara CAVAB

Ramil Səfərov barəsindəki iddialara

Ramil Səfərov barəsindəki iddialara CAVAB

Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla bağlı müxtəlif şayiələr yayılıb.

İddia olunurdu ki, guya, Ramil Səfərov 6 aydır ölkədə yoxdur və ermənilər onu xarici ölkələrdən birində tutub aparıblar...

Polemika.az xəbər verir ki, tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bir qədər öncə şayiələrə nöqtə qoyub:

“Ramil Səfərov zəng elədi, danışdıq. Ölkədədir, səhhəti normaldır, hər şey qaydasındadır. Şükür Allaha!”, - deyə jurnalist vurğulayıb.

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib.

2002-ci ilin mart ayında H.Əliyev adına Ali Hərbi Məktəbə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib.

2004-cü ilin yanvar ayında NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Həmin il fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. 

Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya edilib. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə əfv edilib. 

O, hazırda polkovnik-leytenant rütbəsi ilə Azərbaycan Ordusunda xidmətini davam etdirir./Modern.az

Ramil Səfərov barəsindəki iddialara CAVAB