Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapıldı

Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapıldı

Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğrayan hərbi helikopterinin qara qutusu tapılıb.

Polemika.az xəbər verir ki, bu barədə Baş Prokuorluqdan məlumat verilib.

"Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır", - qurumdan bildirilib.

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapıldı