"Qəbələ"nin rəqibləri müəyyənləşdi

"Qəbələ"nin rəqibləri müəyyənləşdi

"Qəbələ"nin rəqibləri müəyyənləşdi

Mövsümün ikinci yarısının hazırlığına start verən “Qəbələ”nin yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Polemika.az klubun saytına istinadən xəbər verir ki, Bakıdakı toplanışı yanvarın 15-də başa vurduqdan sonra Türkiyənin Antalya şəhərinə yollanacaq “qırmızı-qaralar” ayın 25-dək qonşu ölkədə hazırlıq keçəcək. Bu müddətdə komanda üç sınaq matçına çıxacaq. Hər üç qarşılaşma qonşu ölkədə təşkil olunacaq. 

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda ilk sınağına yanvarın 18-də çıxacaq. Rəqib Polşa təmsilçisi “Zaqlembe” olacaq. Üç gün sonra – ayın 21-də “Qəbələ” Şimali Makedoniya təmsilçisi “Boreç”lə qarşılaşacaq. Antalya toplanışında son yoxlama görüşü ayın 24-də baş tutacaq. Həmin gün komanda Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək. 

"Qəbələ"nin rəqibləri müəyyənləşdi