Qəbul imtahanlarıyla bağlı hansı yenilik var? - "Yeganə dəyişiklik..."

Qəbul imtahanlarıyla bağlı hansı yenilik var?

Qəbul imtahanlarıyla bağlı hansı yenilik var? - "Yeganə dəyişiklik..."

“Qəbul imtahanında hər hansı bir dəyişiklik edilməyib”.

Bu sözləri Polemika.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib:

Onun sözlərinə görə, imtahanın məzmununda hər hansı bir dəyişiklik olmayıb:

“Dövlət İmtahan Mərkəzi bu il ali təhsil müəssisələrinə qəbul imtahanında hər hansı bir dəyişiklik etməyib. İmtahanda iştirakçılara təqdim edilən test tapşırıqları bir neçə il Azərbaycanda tətbiq edilən formadır. Yəni fənlər üzrə abituriyentlərə 30 test tapşırığı təqdim edilir. Bunların 22-i qapalı, 5-i açıq tiplidir. Yerdə qalan 3 sual isə situasiya tip suallardır. Buna mənbələrlə iş aiddir. Yazı tələb edən suallardır.

Abituriyentlər öncə buraxılış imtahanı verəcəklər. Hər fənn üzrə topanmalı bal maksimum 100, ümumi 300-dür. İkinci mərhələ seçdikləri ixtisas qrupları üzrə maksimum 400 bal toplaya bilərlər. Ciddi dəyişiklik yoxdur”.

Ekspertin sözlərinə görə, dəyişiklik yalnız ixtisaslarla bağlıdır:

 “Mahiyyəti ondan ibarətdir ki, bu illəri III ixtisas qrupuna beynəlxalq münasibətlər və regionşünalıq ixtisası daxil edilib. Bu ixtisaslara qəbul olmaq istəyənlər coğrafiya fənnindən əlavə imtahan verməli olacaqlar. Əvvəlki illərdə III ixtisas qrupunda plan yerləri az idi. Müsabiqə şərtini ödəyən çox, plan yeri az olurdu. Müsabiqə şərtini 18 min nəfər ödəyirdi, plan yeri 12 min olurdu. 6 min adam yüksək bal alsa da yerdə qala bilirdi. Bu dəyişiklik III ixtisas qrupunda plan yerinin sayını artıracaq. Müsbət tərəfi budur”.

K.Əsədov qeyd edib ki, həmin ixtisaslar üzrə mütəxəssislər görə bilmirdik:

“Bu ixtisaslar özəl ali təhsil müəssisələrində boş qalırdı. Regionşünaslıq ixtisasına minimum 150 balla, beynəlxalq münasibətlərə isə ödənişsizə 230 balla daxil olurdular. Bu ixtisaslar üzrə mütəxəssis görə bilmirdik.

Azərbaycanın diplomatiyada uğurları bu sahəsində ciddi mütəxəssislər tələb etdi. Dəyişiklik ixtisasların boş qalmasını arada qaldıracaq. Dəyişiklikdən öncə ali təhsil müəssisələrində həmin ixtisaslar boş qalırdı. Bunun sayəsində də az balla daxil olurdular. Bununla da universitetlərə gəlir gətirirdilər. Çünki universitetlər tələbədən gələn pulla maliyyələşir”.

Nəzrin Vahid 

Qəbul imtahanlarıyla bağlı hansı yenilik var? - "Yeganə dəyişiklik..."