Qonşusuna kömək etmək istəyən Abşeron sakinini "tok" vurdu
Qonşusuna kömək etmək istəyən Abşeron sakinini "tok" vurdu
Yanvarın 19-u saat 14 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Abşeron rayon prokurorluğundan Polemika.az-a verilən məlumatda bildirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.