Qazaxıstanda etirazlar dayanmır

Qazaxıstanda etirazlar dayanmır

Qazaxıstanda etirazlar dayanmır

Qazaxıstan prezidenti Qasım-Jomart Toqayev yanvarın 4-də etirazçılara xəbərdarlıq edib ki, hökumət və hərbi binalara hücumlar qanunsuzdur:

"Hökumət yıxılmayacaq, amma biz münaqişə yox, qarşılıqlı etimad və dialoq istəyirik”.

Prezidentin bu müraciətindıən az əvvəl verilən xəbərlərdə deyilirdi ki, təhlükəsizlik qüvvələri yanvarın 4-də ölkənin ən böyük şəhəri olan Almatıda meriyanın binasına girmək istəyən etirazçılara qarşı səs qumbaralarından istifadə edib.

Sosial mediada yayılan videolarda Almatının mərkəzi meydanı yaxınlığında partlayış səsləri eşidilir. Xəbər verilir ki, polis Respublika meydanına çıxışları bağlayıb və Almatıda internet bağlantısı məhdudlaşdırılıb.

Lakin təhlükəsizlik qüvvələrinin bütün tədbirlərinə baxmayaraq etirazçılar yanvarın 4-də axşamın gec saatlarında küçələrə çıxıblar.

Qazaxıstanda etirazlar dayanmır