Qaxda axtarışda olan narkotacir tutuldu

Qaxda axtarışda olan narkotacir tutuldu

Qaxda axtarışda olan narkotacir tutulub.

Polemika.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, bu, Şəki rayon sakini, başqa bir cinayət əməlinə görə məsuliyyətindən yayındığı üçün barəsində 2020-ci ildən axtarış elan edilmiş Səxavət Əliyevdir.

 İlkin araşdırma zamanı onun Şəki rayonundan Qaxa gələrək burada narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. O, ifadəsində əməlini etiraf edib və narkotik vasitəni Ağyazı kəndi ərazisindəki körpünün altında gizlətdiyini bildirib. S.Əliyevin də iştirakı ilə polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və oradan sellofan torbada, eləcə də kibrit qutularında ümumi çəkisi yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb.

S.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qaxda axtarışda olan narkotacir tutuldu