“Qalatasaray” yenidən baş məşqçi axtarışına çıxa bilər

“Qalatasaray” yenidən baş məşqçi axtarışına çıxa bilər

“Qalatasaray” yenidən baş məşqçi axtarışına çıxa bilər

“Qalatasaray” tezliklə yenidən baş məşqçi postunda dəyişikliyə gedə bilər.

Polemika.az "NTVspor"a istinadən xəbər verir ki, Domenek Torrenin fəaliyyəti klub rəhbərliyini qane etmir.

Fatih Terimin yerinə gətirilən ispaniyalı mütəxəssis də komandanı uğursuzluq zolağından çıxarmaqda acizdir. “Sarı-qırmızılılar” Super Liqanın XXV turunda “Kayserispor”u da məğlub edə bilməsə, “cim-bom”un İdarə Heyəti çalışdırıcının gələcəyini müzakirəyə çıxaracaq.

Ötən ay baş məşqçi postuna təyin olunan Domenek Torrenin rəhbərliyi altında “Qalatasaray” Super Liqada 4 oyun keçirib, aktivinə cəmi 1 xal yazdırıb.

“Qalatasaray” yenidən baş məşqçi axtarışına çıxa bilər