Putinin psixoloji portreti: "Rola girib"

Putinin psixoloji portreti:

Putinin psixoloji portreti: "Rola girib"

“Putin neçə vaxtdır, haradasa 2 ildir ki, COVID pandemiyasının qorxusu ilə yaşayır”.

Bu sözləri Polemika.az-a açıqlamasında psixoloq Azad İsazadə deyib.

O, son dövrlərdə Rusiya prezidenti Vladimir Putinin Ukrayanada müharibə ilə bağlı hərəkətlərini və qərarlarını şərh edib:

“Ümumiyyətlə, hər bir pandemiya insanda məntiqsiz qorxu, həyəcan və təşviş yaradır və insan özünü narahat edir. Praktikada Putini kənara qoysaq, pandemiya ilə üzləşən hər bir insan həyat tərzini dəyişir, insanlarla ünsiyyət qurmaqdan çəkinir, ona yaxınlaşandan qorxur, çalışır ki, təmasları maksimum azaltsın. Putinin davranışları da məhz bunu göstərir.

Üstəlik, biz həmişə Putini sakit və özünə hakim bir insan kimi görməyə alışmışıq. Axır zamanlar isə görürük ki, bunun hərəkətləri, davranışları əsəbi xarakterlidir, hətta nitqi də. Amma burada iki məsələ ortaya çıxır: bu rəftar həqiqidir, ya da nümayiş xarakterlidir?”

A. İsazadə əlavə edib:

“Yaddan çıxarmayaq ki, bu insan KQB sistemində çalışıb. KQB-də, ilk növbədə, gələcək zabitləri emosiyalarını idarə etməyə öyrədirlər. İstisna etmirəm ki, Putinin əsəbi sistemi, psixoloji vəziyyəti hazırda gərgindir. Çünki müharibə plana uyğun getmir, bu da insana böyük sarsıntı yaradır.

İkinci fərziyə isə budur ki, bu adam özünü belə göstərir. Loru dildə desək, özünü gicliyə vurub ki, hamı ondan qorxsun. Yəni mən beləyəm, hər bir şeyi edə bilərəm. İstəsəm nüvə silahından istifadə edə bilərəm, istəsəm Kiyevi bombalayaram. Gəlin, məni sakitləşdirin, mənimlə danışın, məni dilə tutun...”

“Putin hazırda gərgin bir mərhələ yaşayır. Məsələn, müharibədən öncə Təhlükəsizlik Şurasının iclasında gördük ki, bu insan rola girib. Elə öz silahdaşlarını lağa qoyur, onları alçaldır. Amma əlləri daim hərəkətdə idi. Daim hansısa xırda əşyanın yerini dəyişirdi. Deməli, hansısa ciddi və emosinoal, psixoloji gərginlik keçirirdi”, - deyə A. İsazadə fikirlərinə yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Putinin psixoloji portreti: "Rola girib"