Putinin Makrona gecə zənginin 3 epizodu - Məxfi danışığın detalları açıqlandı

Putinin Makrona gecə zənginin 3 epizodu - Məxfi danışığın detalları açıqlandı

Putinin Makrona gecə zənginin 3 epizodu - Məxfi danışığın detalları açıqlandı

Fransanın məşhur “Le Figaro” qəzeti Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışıqlarına həsr olunan və bir çox gizli detalların yer aldığı “Onların telefon danışıqlarına nüfuz edirik” adlı məqalə yayımlayıb.

Polemika.az Teleqraf.com-a istinadən sözügedən məqalədən çıxarışları diqqətinizə çatdırır.

1. Söhbət necə aparılır və “osminoq” nədir?

Əvvəlcə məsləhətçilər əlaqəyə çıxırlar. “Mənim prezidentim sizinlə danışmaq istəyir”.

Bundan sonra gündəlik təsdiqlənir və katibliklər işə başlayır.

Yelisey sarayı qorunan xətt üzrə zəng təşkil etmək üçün Yelisey sarayını Kremllə birləşdirir. Təyin olunmuş vaxtda Emmanuel Makron beş müşavirinin müşayiəti ilə “qızıl zala” gedir. Onun masasının üzərində “osminoq-telefon” var. “Cənab prezident, Kreml xəttədir”. Söhbət başlayır.

Parisdə iki tərcüməçi işləyir. Onlar Emmanuel Makron və Vladimir Putin arasındakı danışıqların bütün tarixçəsini nəzərə alaraq, dialoqun rəvan gedişini və dəqiqliyini təmin edirlər. Müzakirə olunan mövzuların vacibliyini nəzərə alsaq, hər bir söz vacibdir və ən kiçik anlaşılmazlıq nəticələrə səbəb ola bilər.

2. Liderlər hansı dildə ünsiyyət qururlar?

Bəzən Emmanuel Makron özünə Vladimir Putini rus dilində salamlamağa icazə verir, bəzən sonuncu ona fransızca cavab verir, lakin müzakirənin qalan hissəsi onun ana dilində gedir.

Makron və Putin bir-birlərinə “sən” deyə müraciət edirlər. “Ona görə yox ki, onlar bir-birlərini sevirlər, ona görə ki, onlar müntəzəm görüşürlər. Bundan başqa, bu, müəyyən bir yaxınlıq yaradır”, - “Le Figaro” qeyd edir.

3. Onlar bir-birini nə dərəcədə yaxşı başa düşürlər?

“Çoxsaylı görüşlər və müzakirələr sayəsində Emmanuel Makron həmsöhbətini, onun sözlərini, mentalitetini və əhval-ruhiyyəsini (ruhi vəziyyətini) başa düşməyi öyrənib”, - “Le Figaro” yazır.

Məqalədə deyilir ki, Putin “DXR” və “LXR”in tanınması ilə bağlı rəsmi çıxışından 25 dəqiqə əvvəl Makrona zəng edib. “Biz bir-birimizi tanıdığımızdan və müntəzəm ünsiyyətdə olduğumuz üçün sizi əvvəlcədən xəbərdar etmək istədim”, - Rusiya Prezidenti bildirib.

Putin telefon danışığı zamanı Ukraynanı “millətsizləşdirmə” istəyini bildirəndə Emmanuel Makron onun sözünü kəsərək, situasiyanı başqa cür qəbul etdiyini xatırladıb. O, bəzən ironik şəkildə vurğulayırdı ki, Avropada ifrat sağ hərəkatların tərəfdarlarının “millətsizləşdirmə” çağırışı, yumşaq desək, yersizdir.

“Bəzən Makron hətta tonu qaldırırdı. “Siz ciddi səhv edirsiniz. Ukrayna nasist rejimi deyil, bu yalandır”. Lakin çox vaxt dialoq yüksək diplomatiyanın kodlaşdırılmış dilində baş verir””, – “Le Figaro” yazır.

Putinin Makrona gecə zənginin 3 epizodu - Məxfi danışığın detalları açıqlandı