Putinin həbsi ilə bağlı order verilə bilər - "Dünyada belə təcrübə var"

Putinin həbsi ilə bağlı order verilə bilər - "Dünyada belə təcrübə var"

Putinin həbsi ilə bağlı order verilə bilər - "Dünyada belə təcrübə var"

Ötən gün ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimr Putini “hərbi cani” adlandırıb.

ABŞ dövvlət başçısının bu sözləri maraqlı müzakirələrə səbəb olub. Baydenin məlum ifadəsindən uzağagedən nəticələr çıxaranlar da var.

Bayden bu sözü işlətməklə nəyə işarə edir?

Rusiya-Ukrayna müharibəsindən sonra Putin beynəlxalq tribunala cəlb oluna bilərmi?

Vəkil Əsabəli Mustafayev məsələ ilə bağlı Polemika.az-a açıqlamasında Putinə həbs orderi verilə biləcəyini söyləyib:

“BMT-nin cinayət məhkəməsi var. Hazırda orada Ukrayna-Rusiya məsələsi ilə bağlı proses gedir. Rusiyadan  tələb olunub ki, Ukraynaya qarşı işğalı dayandırsın. Bu Beynəlxalq Cinayət Məhkəməsinin qərarıdır. Sonradan mahiyyəti üzrə bu işə baxılacaq. Əgər təsdiqlənsə ki, Ukrayna xalqına qarşı genosid olub və bu günosidin günahkarı Putindir, o zaman Putinin həbsi ilə bağlı order verilə bilər. Əvvəllər də bu cür hadisələr olub. Bir neçə dövlət başçısı haqqında həbs orderləri verilib.

Doğrudur, dövlət rəhbərləri haqqında bu cür qərarların qəbulundan məhkəmə qaçır. Məhkəmə daha çox prezidentin ətrafı, məsələn hüquq-mühafizə orqanları, ordu rəhbərləri haqqında qərar çıxarır. İndidən proqnozlaşdırmaq olmaz ki, Putin haqqında həbs orderi veriləcək ya yox. Lakin onun ətrafı haqqında 100% bu qərar veriləcək”.

Mehri QURBAN

Putinin həbsi ilə bağlı order verilə bilər - "Dünyada belə təcrübə var"