"Putin öldürülməlidir" deyən senatora Rusiya səfirindən cavab

"Putin öldürülməlidir" deyən senatora Rusiya səfirindən cavab

"Putin öldürülməlidir" deyən senatora Rusiya səfirindən cavab

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov prezident Vladimir Putinə sui-qəsd çağırışı edən amerikalı senatorun bəyanatlarının izahını və sərt şəkildə pislənməsini tələb edib.

Diplomat bildirib: “Amerikalı siyasətçinin bəyanatını qəbuledilməz və hədsiz hesab edirəm. ABŞ-da Rusiyaya qarşı rusofobiyanın və nifrətin dərəcəsi damdan keçir. İnanmaq olmur ki, öz mənəvi dəyərlərini bütün bəşəriyyət üçün səmt ulduzu kimi təbliğ edən bir ölkənin senatoru Vaşinqtonun beynəlxalq aləmdə məqsədlərinə çatması üçün terrorizmə çağırış edə bilər.

Bu cür məsuliyyətsiz və qeyri-peşəkar siyasətçilərin ABŞ-ın başında durması ölkənin aqibəti üçün qorxu yaradır. Biz bu amerikalının cinayət xarakterli bəyanatlarının rəsmi izahatını və kəskin şəkildə pislənməsini tələb edirik”.

Xatırladaq, senator Lindsi Qraham bir müddət əvvəl "Fox News"da çıxış edərək deyib ki, gərginləşən Ukrayna böhranına son qoymağın yeganə yolu Putinin siyasi müttəfiqləri öldürülməsidir.

Ermənistan xəbərləri - NEWS.am

“Amerikalı siyasətçinin bəyanatını qəbuledilməz və hədsiz hesab edirəm. ABŞ-da Rusiyaya qarşı rusofobiyanın və nifrətin dərəcəsi damdan keçir. İnanmaq olmaz ki, öz mənəvi dəyərlərini bütün bəşəriyyət üçün “yol göstərən ulduz” kimi təbliğ edən bir ölkənin senatoru Vaşinqtonun beynəlxalq aləmdə məqsədlərinə çatmaq üçün terrorizmə çağırış edə bilər”, - diplomat bildirib. Bu cür məsuliyyətsiz və qeyri-peşəkar siyasətçilərin başında duran ABŞ-ın taleyindən qorxmağa başladığını əlavə edib. “Biz bu amerikalının cinayət xarakterli bəyanatlarının rəsmi izahatını və kəskin şəkildə pislənməsini tələb edirik”.

Senator Lindsey Graham bir müddət əvvəl Fox News-un primetime proqramında çıxış edərək demişdi ki, gərginləşən Ukrayna böhranına son qoymağın yeganə yolu Putinin siyasi müttəfiqləri tərəfindən öldürülməsidir.

"Putin öldürülməlidir" deyən senatora Rusiya səfirindən cavab