Pul verib hərbi xidmətdən yayınanların pulları geri qaytarılacaq?

Oct 17, 2024 - 07:44
 0
Pul verib hərbi xidmətdən yayınanların pulları geri qaytarılacaq?

Sosial şəbəkələrdə qanundankənar pul verməklə hərbi xidmətdən saxlanılan gənclərə həqiqi hərbi xidmətlə bağlı çağırış vərəqələrinin verilməsi hazırda aktual mövzuya çevrilib. Bu cür yolla hərbi xidmətdən yayınanlara ödədikləri pulların geri qaytarılıb-qaytarılmayacağı müzakirə olunur. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Pravda.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: 

“Bunlar kimə pul veriblər? Qanunvericilikdə pul verib hərbi xidmətdən saxlanılma yoxdur. Birincisi, qanunsuz hərəkət ediblər. Hər bir sağlam gənc 18 yaşı tamam olduqdan sonra çağırışdan möhlət hüququ yoxdursa, onda hərbi xidmətə getməlidir. Yox, qanunsuz yolla hərbi xidmətdən saxlanmaq istəyiblərsə, artıq bu, hüquq-mühafizə orqanlarının həll edəcəyi məsələdir”.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow