Mübariz İbrahimovun atası bu səbəbdən VƏFAT ETDİ - RƏSMİ
16.10.2024-cü il tarixində saat 09:00 radələrində Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.
Polemika.az Ajans.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Ona dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiyon tədbirlər həyata keçirilib.
Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb.
What's Your Reaction?