Kadi Borges yenidən "Qarabağ FK" -a qayıdır - İddialar
Kadi Borges yenidən "Qarabağ FK" -ya qayıdır - İddialar. Qarabağ Kadiyə nə qədər təklif edib? Qarabağ FK tərəfindən reaksiya
Son günlərdə Rusiya mətbuatında "Krasnodar" futbolçusu Kadi Borgesin "Qarabağ FK" -ya geri dönmək istəyinə dair xəbərlər geniş yayılıb.
Qarabağ Kadiyə nə qədər təklif edib?
Polemika.az -ın məlumatına görə, "RB Sport" saytının verdiyi xəbərdə bildirilir ki, Ağdam təmsilçisi braziliyalı ulduza illik 1,2 milyon avro məvacib təklif etməyə hazırdır. Xəbərdə qeyd olunur ki, Kadi avrokuboklarda oynamaq məqsədi ilə "Krasnodar"ı tərk etməyə razıdır və o, yeni mövsümdə keçmiş komandası "Qarabağ"la Çempionlar Liqasında iştirak etməyi arzulayır.
Daha aşağı maaşa oynamağa hazırdır
Əlavə olaraq bildirilir ki, Kadi Borges "Qarabağ FK " -da "Krasnodar" ilə müqayisədə daha aşağı maaşa oynamağa hazırdır. Hal-hazırda Rusiyada 1,7 milyon avro illik gəlir qazanan futbolçunun, "Qarabağ"da mümkün 1,2 milyon avroluq illik maaşı isə komanda daxilində rekord göstərici olacaq.
Kadi Borgesin agenti Helsio Roberto son günlərdə yayılan xəbərlərə münasibət bildirib. Onun sözlərinə görə, braziliyalı oyunçunun "Krasnodar"dan ayrılmaq niyyəti yoxdur: "Bu mövzuda danışacaq bir şey yoxdur. Kadi "Krasnodar"da hər şeydən razıdır."
Qarabağ FK tərəfindən reaksiya
Hələlik "Qarabağ FK" tərəfindən bu xəbərlərə rəsmi reaksiya verilməyib.
Xatırladaq ki, Ukrayna müharibəsi səbəbindən Rusiya klubları 2022-ci ilin fevral ayından etibarən avrokuboklardan uzaqlaşdırılıb və bu qərarın uzun müddət qüvvədə qalacağı gözlənilir.
Kadi Borges 2023-cü ilin yanvar ayında "Qarabağ FK" -dan ayrılaraq "Krasnodar" komandasına keçmişdi və onun rus klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər davam edir.
What's Your Reaction?