Qarabağ FK Avstriyaya səfər etdi - Maraqlı görüntülər

Qarabağ FK Avstriyaya səfər etdi - Maraqlı görüntülər

Jul 5, 2024 - 14:58
Jul 5, 2024 - 16:45
 0
Qarabağ FK Avstriyaya səfər etdi - Maraqlı görüntülər
Qarabağ FK Qurban Qurbanov

Bu gün "Qarabağ FK" yay təlim-məşq toplanışı üçün Avstriyaya yollandı. Qarabağ Futbol Klubunun mətbuat xidməti bu barədə məlumat yayıb.

Ağdamın fəxri təmsilçisi Tirolda 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi komanda iyulun 9-da Bakı vaxtı ilə saat 14:30-da Almaniyanın 2-ci bundesliqa klubu "Kaiserslautern" ilə qarşılaşacaq. Həmin gün saat 20:00-da isə Çexiyanın yüksək liqasının məşhur klubu "Viktoria Plzen" ilə üz-üzə gələcək.

"Qarabağ FK" un daha iki rəqibi hələlik müəyyən edilməyib. Təlim-məşq toplanışı zamanı komandanın yeni taktiki hazırlıqları və oyun strategiyaları üzərində işləməsi gözlənilir. Bu səfər zamanı "Qarabağ"ın həm də yeni oyunçuları sınamaq imkanı olacaq.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow