Fərhan Əliyevin rəhbərlik etdiyi şirkət valyuta vəsaitini xaricdən geri qaytarmayıb
Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Midstream Operations” MMC-yə inzibati protokol yazılıb.
Polemika.az Pravda.az-a istinadən xəbər verir ki, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
İş Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın icraatındadır.
Qeyd: Şirkətin direktoru Fərhan Əliyevdir.
Xəyal Quliyev
What's Your Reaction?