SOCAR vakansiya : yanğın hissəsi üzrə matros

SOCAR vakansiya - yanğın hissəsi üzrə matros. Azərbaycan Dövlət Neft Şirkəti vakansiya üçün müraciətləri qəbul edir.

Jul 5, 2024 - 13:15
Jul 5, 2024 - 16:46
 0
SOCAR vakansiya : yanğın hissəsi üzrə matros

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) hazırda Bakı şəhərində yerləşən Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində çalışmaq üçün yanğın hissəsi üzrə matros vakansiyasına xarici müraciətləri qəbul edir.

SOCAR Vakansiya haqqında məlumat:

  • Vakansiyanın Adı: Yanğın Hissəsi üzrə Matros
  • Elanın Bitmə Tarixi: 09.07.2024
  • Keçid Kodu: 15750/2024 EXT
  • Müəssisə/Təşkilat: SOCAR
  • Struktur Vahidi: Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzi
  • Ştat Vəzifəsinin Adı: Yanğın Hissəsi üzrə Matros
  • Ünvan: Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 23

Əmək Şərtləri socar vakansiya:

  • Müqavilənin Növü: Müddətli
  • Əməyin Ödənilmə Dərəcəsi: 05
  • Əmək Haqqı: 838.00 AZN/aylıq
  • Əlavə Məlumat: SOCAR-ın müvafiq qərarına əsasən gündəlik yemək xərci əvəzinə hər iş günü üçün 5 AZN ödənilir.
  • İş Şəraiti: Zərərli
  • İş Rejimi: Tam iş vaxtı (həftədə 40 saat)
  • Əlavələr: Zərərli iş şəraitinə görə vəzifə tarif maaşının 4%-i məbləğində əlavə vəsait ödənilir.

SOCAR vakansiya təminatlar:

  • Yataqxana: Təmin olunmur
  • İş Yerinə Çatdırılma: Təmin olunmur
  • Sığorta: Tibbi və Həyat sığortası

Vəzifə öhdəlikləri:

  • Tədris planına uyğun praktiki məşğələlərin keçirilməsi üçün avadanlıqların hazırlanması
  • Lalizas tipli avtanom nəfəsalma aparatlarının boş balonlarının dolusu ilə əvəz edilməsi
  • Tüstü labirintinə daxil olan qəza qrupunun xəsarət alanları taparaq xilas edilməsi
  • Yanğınsöndürmə üzrə təlimlərdə şərti yanğınların yaradılması və yayılmasına nəzarət
  • Təlim məşqlərində istifadə olunan xüsusi kostyumların qorunub saxlanılması
  • Yanğın trenajorunun su və köpük çənlərinin doldurulması
  • Təlimlər zamanı dinləyicilərin təhlükəsizliyinin təmin edilməsi
  • Ehtiyac yarandıqda digər təlimlərdə iştirak

SOCAR vakansiya tələblər:

  • Vətəndaşlıq: Azərbaycan
  • Təhsil: Orta-ixtisas təhsili müvafiq istiqamət üzrə
  • İş Stajı: Tələb edilmir
  • Sertifikat Tələbləri: Müvafiq ixtisas kursu və üzmə bacarığı haqqında sənəd

Səriştəlik və Digər Tələblər:

  • Detallara diqqət
  • Dürüstlük
  • Etik davranış
  • Keyfiyyət yönümlülük
  • Məsuliyyət
  • Nizam-intizam
  • Peşəkarlıq
  • Şifahi özünüifadə

Bilməlidir:

  • Yanğın texniki vasitələrdən istifadə etməyi
  • Qəza xilasetmə avadanlıqlarının saxlama yerlərini və istifadə qaydalarını
  • Lalizas tipli avtanom nəfəsalma aparatlarının texniki xüsusiyyətlərini və istifadə qaydalarını
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Bu socar vakansiya üçün müraciət etmək istəyənlər 09.07.2024 tarixinədək müraciətlərini təqdim etməlidirlər. Daha ətraflı məlumat və müraciət üçün SOCAR-ın rəsmi veb saytına daxil olun.

Files

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow