Bakıda sürüşmə: Bina təhlükəli vəziyyətə düşdü

Oct 17, 2024 - 07:49
 0
Bakıda sürüşmə: Bina təhlükəli vəziyyətə düşdü

Bakının Xətai rayonu ərazisində sürüşmə baş verib.

Bu barədə paytaxt sakinləri "Baku.ws"in "qaynar xətti"nə bildiriblər.

Qeyd edilib ki, bu gün saat 15 radələrində paytaxta yağan yağış nəticəsində Gəncə prospekti, 97 ünvanında yerləşən yaşayış binasının qarşısında torpaq sürüşüb. Nəticədə binanın arxasında istinad binası təhlükəli vəziyyətdə qalıb. 

Məsələ ilə əlaqədar olaraq Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, hadisə yerinə mütəxəssislər göndəriləcək və araşdırmalardan sonra məlumat veriləcək.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow