Laçında tikilən beynəlxalq Aeroportun yeni görüntüsü - FOTO
Laçında tikilməkdə olan yeni beynəlxalq hava limanının görüntüləri yayılıb.
Ajans.az-ın əldə etdiyi fotoda Azərbaycanın strateji əhəmiyyətli bölgələrindən biri olan Laçında tikilən beynəlxalq hava limanının görümtüsü əks olunub.
Bu hava limanı Qarabağ bölgəsinə olan nəqliyyat infrastrukturunun gücləndirilməsi və inkişafı məqsədilə tikilir. Aeroportun tikintisi sürətlə davam edir və layihə çərçivəsində ən son texnoloji yeniliklərdən istifadə olunur.
Qeyd edək ki, Laçın Aeroportu istifadəyə verildikdən sonra turizm potensialının artırılmasına, eləcə də bölgədə iqtisadi inkişafın sürətlənməsinə böyük təkan verəcək. Aeroportun tamamlanma tarixi hələ dəqiqləşməsə də, bəzi yerli KİV-də 2024-cü ilin sonlarına doğru tikintisinin başa çatacağı bildirilir.
What's Your Reaction?