Baş nazir DTX-nın bəyanatına belə reaksiya verdi
"Xüsusi diqqət tələb olunur ki, heç kim bu seçkilərə mənfi təsir göstərmək imkanına malik olmasın".
Polemika.az Aktual.ge-a istinadla xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze DTX tərəfindən yayılan bəyanatı şərh edərkən söyləyib.
Onun fikrincə, DTX-a cəmiyyətə əhəmiyyətli məlumat təqdim edib.
"Söhbət ölkəmizə xeyir istəməyən siyasi qüvvələrdən gedir. Məsələ həm ölkədən kənarda fəaliyyət göstərən qüvvələrə, həm də ölkə daxilində fəaliyyət göstərən qüvvələrə aiddir. Burada radikal müxalifət və onların xarici himayədarları nəzərdə tutulur. Mən isə hesab edirəm ki, belə aktlar seçkilərin nəticələrinə heç bir təsir göstərə bilməz, lakin yaxşıdır ki, bizim dövlət qurumları, xüsusən də Dövlət Təhlükəsizliyi Xidməti ayıq-sayıqdır. Təbii ki, seçkilərə mənfi təsir göstərə biləcək hallara qarşı xüsusi diqqət tələb olunur. Buna görə, əlbəttə ki, Dövlət Təhlükəsizliyi Xidmətinə təşəkkür etməliyik ki, cəmiyyətə mühüm məlumat verdilər ki, onlar daha ehtiyatlı olsunlar" , - deyə İrakli Kobaxidze qeyd edib.
Məlumat üçün bildirək ki, 16 oktyabr səhər saatlarında DTX bəyanat verib. Qeyd olunub ki, əldə edilən məlumata görə siyasi dairələrlə əlaqəli qruplar, Gürcüstanda yaxınlaşan parlament seçkiləri ərəfəsində süni intellekt və digər müasir texnologiyalardan istifadə edərək montaj olunmuş, saxta video və audio yazıların yayılmasını planlaşdırırlar.
What's Your Reaction?