Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?
Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.
Yeni yaradılan konsepsiyanın məqsədi təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli istifadə etmək və onların karyera inkişafına töhfə verməkdir.
Belə ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisaslar üzrə 600-dən yuxarı bal toplayanlar və beynəlxalq reytinqli xarici universitetləri uğurla bitirənlər hərbi xidmətlərini bu bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, aparılan təhlillər göstərir ki, birinci ixtisas qrupu üzrə "İnformasiya texnologiyaları", "Kompüter elmləri" və digər sahələrə yüksək balla qəbul olan tələbələr təhsillərini başa vurduqdan sonra hərbi xidmət zamanı öz bilik və bacarıqlarından istifadə edə bilmirlər. Bu da sahə üzrə müəyyən zəifləmələrə səbəb olur.
Qeyd edək ki, bu qərar yerli və beynəlxalq müsabiqələrin qalibi kimi ali təhsil müəssisələrinə növbədənkənar qəbul olunan gənclərə də şamil edilir.
Ətraflı "ATV Xəbər"in süjetində:
What's Your Reaction?