Prokurorluq helikopter qəzası haqda açıqlama yaydı

Prokurorluq helikopter qəzası haqda açıqlama yaydı

Prokurorluq helikopter qəzası haqda açıqlama yaydı

Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğrayıb. 

Baş Prokurorluğun mətbut xidmətindən “Polemika.az”a daxil olan xəbərə görə, hadisə nəticəsində 14 nəfər həlak olub 2 nəfər xəsarət alıb.

Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

 

Prokurorluq helikopter qəzası haqda açıqlama yaydı