Poqba Ronaldudan yaxşı oynadı

Poqba Ronaldudan yaxşı oynadı

Poqba Ronaldudan yaxşı oynadı

İngiltərə Premyer Liqasının 24-cü turunda “Bernli”nin qonağı olan “Mançester Yunayted” səfərdən 1:1 hesablı bərabərliklə dönüb.

Polemika.az "Apasporta istinadla xəbər verir ki, portuqaliyalı superulduz “mankunianlar”ın meydana çıxan futbolçuları arasında ən aşağı reytinqə malik olub. 68-ci dəqiqədə mübarizəyə qoşulan 37 yaşlı forvard 6,1 xalla qiymətləndirilib.

Matçın ən yaxşısı isə onun komanda yoldaşı Pol Poqba olub. Mançesterlilərin yeganə qolunun müəllifi 7,5 xal alıb. Fransalı ötən ilin yanvarından bəri ilk dəfə Premyer Liqada qol vurmağı bacarıb.

“Mançester Yunayted” hazırda 39 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

 

Poqba Ronaldudan yaxşı oynadı