Polis toya gedən 12 nəfəri geri qaytardı

Polis toya gedən 12 nəfəri geri qaytardı

Polis toya gedən 12 nəfəri geri qaytardı

Yanvarın  19-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 55 toy şənliyinin monitorinqini həyata keçirib.  

Polemika.az xəbər verir ki, monitorinq 54 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  

- 12 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

 

 

Polis toya gedən 12 nəfəri geri qaytardı