Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi
Bu gün İrəvanda Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Polemika.az "Armenpress"ə istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Təhlükəsizlik Şurasının üzvlərindən başqa, parlamentin spikeri Alen Simonyan, Baş nazirin Aparat rəhbəri Arayik Arutyunyan, parlamentin vitse-spikeri Ruben Rubinyan, "Vətəndaş Müqaviləsi" Partiyasının parlament fraksiyasının rəhbəri Aayk Koncoryan, habelə Milli Məclisin Xarici Əlaqələr Daimi Komissiyası rəhbəri Eduard Ağacanyan, Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin başçısı Andranik Koçaryan iclasda iştirak ediblər.