Paşinyan kimi sabotaj edir?  

Paşinyan kimi sabotaj edir?  

Paşinyan kimi sabotaj edir?  

Tbilisidə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan konstruktiv açıqlamaları ilə diqqəti üzərinə çəkib. Baş nazir noyabrın 26 da Soçidə əldə olumuş razılığın gerçəkləşməsi üçün qüvvələr səfərbər etməyin vacibliyini vurğulayıb. Xatırladaq ki, bir müddət əvvəl xaricdə səfərdə olan başçı analoji davranışları ilə yenə analitikləri təəccübləndirmişdi.

Maraqlıdır ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüş keçirən Nikol Paşinyan olduqca destruktiv mövqedən çıxış edib. Qondarma respublikanın süqutu ilə barışmayan baş nazir “Artsax”ın mövcudluğu üçün bundan sonra da çalışacaqlarını bildirib. Hətta hədə dolu bəyanatlar səsləndirməkdən  də çəkinməyib.

Buna səbəb nədir, Paşinyan niyə ikili mövqedən çıxış edir? Politoloq İlyas Hüseynov mövzu ilə bağlı Polemika.az-a açıqlama verib. O, Paşinyanın çıxışlarının təzadlar yaratdığını qeyd edib:

“Nikol Paşinyanın çıxışları və verdiyi siyasi bəyanatlarda bir-sıra təzadlar var. Bu təzadlar daxili auditoriyaya onun fikrinin, eyni zamanda regionda olan yeni geosiyasi fəallıqları dərk etməsi, qüvvələr balansının yaxşı nəzərdən keçməsindən yaranır. 

Soçi və Brüssel görüşündən sonra Nikol Paşinyanın mövqeyində bir qədər yumşalma müşahidə olundu. Lakin davamlı olaraq görüş öncəsi görüşləri də sabotaj edir. 

Digər tərəfdən görüş sonrasında da hər hansısa əldə olunan nəticələr formalaşan zaman və vasitəçilərin həyata keçirdiyi missiya öz nəticəsini verən zaman Paşinyan destruktiv fikirləri ilə yadda qalır. Davamlı olaraq qondarma qurumun Azərbaycanın tərkibində olmaması və ümumilikdə separatçıların bəyanatlarına uyğun olaraq öz siyasi çıxışlarını qurur. Lakin bütün bu çıxışlar daxili auditoriyaya yönəlib.

Paşinyan həm Türkiyə, həm də Azərbaycanla müsbət yanaşmaların olduğunu qeyd edir. Ermənistan və Türkiyə qarşılıqlı münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin ediblər. Bu da münsibətlərin istiləşməsi üçün tərəflərin 0 nöqtəsindən hərəkət etdiyini göstərir. 

Lakin Ermənistanın davamlı olaraq revanşist fikirlər səsləndirməsi, məğlub olduğunu qəbul etməməsi iki tirəlik formalaşdırır. Azərbaycan və Türkiyə üçün Ermənistanı geosiyasi obyekt kimi qəbul etmək, onunla əməkdaşlıq münasibətləri qurmaq, iqtisadi prioritetləri müəyyənləşdirmək istiqamətində çətinlik yaradır. Çünki Paşinyan vahid mövqedən çıxış etmir”.  

Paşinyan kimi sabotaj edir?